«Qarabağ» Admir Teliyə görə UEFA-ya şikayət etdi (qol.az)

single-news
2 İyl 2010

«Qarabağ» Admir Teliyə görə UEFA-ya şikayət etdi (qol.az)



Avropa Liqasının birinci təsnifat mərhələsinin «Qarabağ» - «Metallurq» oyununda rumıniyalı hakim İstvan Kovaçın albaniyalı Admir Teliyə göstərdiyi birbaşa qırmızı vərəqəylə bağlı Ağdam klubu UEFA-ya şikayət verib. Bu haqda Qol.Az-ın müxbiri ilə söhbətdə «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov bildirib.
Onun sözlərinə görə, «Qarabağ» 51-ci dəqiqədə Teliyə birbaşa qırmızı vərəqə göstərildiyi epizodda albaniyalı futbolçunun kobud qayda pozuntusuna yol vermədiyi qənaətindədir. «Həmin epizodda Admirə ən pis halda sarı vərəqə göstərilməliydi. Bunadək bir sarı vərəqəsi olan Admirə birbaşa qırmızı vərəqənin göstərilməsi futbolçunun Avropa Liqasında ən azı iki oyunu buraxması anlamına gəlir. Üstəgəl, onun hələ bir sarı vərəqəsi də var. Bu mənada, dünən oyun başa çatandan sonra biz UEFA-ya müraciət edərək qırmızı vərəqənin ləğv olunmasını xahiş etmişik. Görək, nə cavab verirlər».

 


Paylaş

// pop up