"Qarabağ" - AEL: hakim təyinatları
8 Avq 2021
"Qarabağ" - AEL: hakim təyinatları
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - AEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.
Qarşılaşmanı Estoniyadan olan hakimlər idarə edəcək. Kristo Tohver matçın baş hakimi olacaq. Silver Koiv və Sten Klaasen isə köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Karl Kopper yerinə yetirəcək.
"Qarabağ" - AEL oyunu avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
