"QARABAĞ" AFFA-ya ŞİKAYƏT ETDİ (AYNA, 20.12.2005)
20 Dek 2005
"QARABAĞ" AFFA-ya ŞİKAYƏT ETDİ (AYNA, 20.12.2005)
Milli çempionatın birinci dövrəsinin son turunda "Gənclərbirliyi" ilə oyunda hakim qərəzçiliyi ilə üzləşdiyini iddia edən "Qarabağ" klubunun rəhbərliyi dünən AFFA-ya məktub ünvanlayıb.
Klubun İnternet səhifəsində verilən məlumata görə, baş hakim Vüsal Əliyev oyunun nəticəsinə birbaşa təsir göstərən səhv edərək 76-cı dəqiqədə vurulan qolu hesaba almayıb. Məktubda, eyni zamanda, beynəlxalq dərəcəli hakimin bir neçə kobud səhvləri qeyd olunub və AFFA rəhbərliyindən görüşün videoyazısına baxıb ədalətli qərar çıxarılması xahiş edilir: "Federasiyaya müraciət etməyimizin səbəbi matçın protokolunda "Etirazın qeyd edilməsi" bölümündə iradlarımızı qeyd etməyə imkan verilməməsidir. Görüşdə dördüncü hakim Elçin Məmmədov protokola iradlarımızın yazılmasının qeyri-qanuni olduğunu iddia etdiyi zaman baş hakim Vüsal Əliyev gecikdiyimizi əsas göstərib. Halbuki komandamızın səlahiyyətli nümayəndəsi hakimlərdən 10 dəqiqə sonra hakimlər otağına təşrif buyurub".