"QARABAĞ" AĞ GÜNƏ ÇIXDI(HET-TRİK,01.03.2005)

single-news
1 Mar 2005

"QARABAĞ" AĞ GÜNƏ ÇIXDI(HET-TRİK,01.03.2005)



Radio və onlayn reportaj Qarşılaşmanın başlanmasına xeyli qalmış artıq stadiondakı bütün yerlər tutulmuşdu.Qonaq komandanın azarkeşlərinin sayının çox olması diqqət çəkirdi.Ehtiyyat oturacaqdakı rəsmi şəxslər arasında klubun prezidenti Tahir Gözəlin yer alması ağdamlıların bu matça necə önəm verdiyini göstərirdi.Yerli azarkeşlər arasında isə zərif cinsin nümayəndələrinin də olması Yevlaxda artıq adi hala çevrilib.Bundan başqa,qarşılaşmadan reportaj birbaşa karvan.az saytı vasitəsilə İnternet istifadəçilərinə,ikinci yarı isə Azərbaycan radiosunun canlı efirindən dinləyicilərə çatdırıldı. İlk təhlükə-qol! İlk dəqiqələrdən hücuma atılan "Karvan" oyunun ortalarına doğru tədricən üstünlüyü əldən verdi.Qonaqların ilk təhlükəli vəziyyəti isə qolla nəticələndi.Sokolovskinin cərimə zərbəsindən qapı qarşısına ötürməsini nəzarətsiz qalan Vadim Dimanın qourduğu qapıdan keçirdi. Vitalinin benefesi. Vurulmuş qoldan sonra gözlənildiyi kimi oyun daha da sürətləndi.İki dəqiqə sonra əvvəlcə Fərrux,daha sonra Zaur yaranmış imkanlardan istifadə edə bilmədilər.Nəhayət,31-ci dəqiqə...Qoça Zauru irəli çıxartdı,Ramazanova mane olmağa çalışan Andrey qaydanı pozdu və hakim penalti təyin etdi.Topun arxasına keçən zərərçəkən bu fürsəti də qaçırdı.Daha doğrusu,bu qarşılaşmada üzərinə daha çox yük düşən Vitali topun istiqamətini düzgün müəyyənləşdirdi və hesabın dəyişməsinə imkan vermədi.Qol vəziyyətləri ilə bol olan ilk yarıda ev sahibləri bu imkanlardan yararlansaydılar,oyunun taleyini elə birinci hissədə də həll edə bilərdilər. "Ən yaxşı müdafiə hücumdur" İkinci yarıya da "Karvan" fəal başladı.Hesabda irəli olan Ponamaryovun komandasının meydanın mərkəzini rəqibə verərək müdafiəyə çəkiləcəyi güman olunsa da, bunun əksinin şahidi olduq. irəlidə yeganə qolun müəllifi Vadimi əvəzləyən Vüqarı saxlayan Ponomaryov rəqibi mərkəzdə qarşılamaq və hücumu pozmaq tapşırığı vermişdir.

Paylaş