`Qarabağ` Ağdama yollandı

`Qarabağ` Ağdama yollandı
`Qarabağ` Futbol Klubu Ağdama yollanıb. `Qarabağ` FK-nın vitse-prezidenti Tahir Gözel, komandamzın baş məşqçisi Qurban Qurbanov, inzibati və texniki işçilər eləcə də futbolçulardan ibarət heyət Ağdamın Quzanlı qəsəbəsinə yollanıb. Səfərdə məqsəd 2013-2014 mövsümündə Azərbaycan çempionu olmuş `Qarabağ` FK-nın çempionluq kubokunun Ağdam ictimayyətinə təqdim edilməsi olub.
`Qarabağ`ımız səhər saatlarında Bakını tərk etdi. Səfər zamanı `Qarabağ` FK-nı çoxsaylı mətbuat nümayəndələri də müşayət edirdi. Təxminən 5 saatlıq yolçuluqdan sonra heyət Ağdamın Quzanlı qəsəbəsinə yetişdi. Qəsəbəyə çatmamış komandanı rayon rəhbərliyi və çoxsaylı azarkeş kütləsi qarşıladı.
Rayon rəhbərliyi, eləcə də komanda üzvləri ilk növbədə Şəhidlər Xiyabanını ziyarət etdilər. Başqanımız Tahir Gözel, Ağdam rayon İcar Hakimiyyətinin başçısı Raqub Məmmədov şəhidlərin məzarlarına güllər düzüb, xatirələrini yad etdilər.
Ardınca, hərkəs Quzanlıdakı Olimpiya idman kompleksinin meydançasına yollandılar. Ağdam rayon İH-nin başçısı Raqub Məmmədov çıxış edərək `Qarabağ` FK-nın bütün ölkənin fəxri olduğunu bildirdi. `Qarabağ` Futbol klubunun həyat yolundan danışan icra başçısı komandanın ağır günlərindən, 2001-ci ildən sonra `Azərsun Holding`in himayəsinə keçdikdən sonra yeni həyata qədəm basmasından danışıb. Raqub bəy 2004-cü ildə Tahir Gözelin kluba vitse-prezident seçilməsiylə `Qarabağ`ın yeni inkişaf mərhələsinə başladığını vurğulayıb.
`Qarabağ`ımızın vitse-prezindenti Tahir Gözel də çıxışında `Qarabağ`ın çempionluğundan və Avrokuboklardakı başarılarından danışıb. Son avrokubokda `Tvente`, `Real Sosyedad`, `Lion` kimi komandaların yarışdan kənarda qaldığı haldan `Qarabağ`ın qrupda iştirak etməsinin komandanın doğru yolda olduğunun göstəricisi kimi səciyyələndirdi. Başqan `Azərsun holding` rəhbərliyinin `Qarabağ` Fk-nın inkişafı üçün nə lazımdırsa edəcəklərini bir daha vurğuladı.
Ardınca komandamızın baş məşqçisi Qurban Qurban danışdı. Baş məşqçimiz `Qarabağ` kimi komandada çalışmağın fərqliliyini vurğuladı. Çalışdırıcımız başqa klublardan fərqli olaraq `Qarabağ` adını daşıyan komandada çalışmağın hə kəsin əlavə məsuliyyət olduğunu ifadə etdi.
Çıxışların ardından 2013-2014 mövsümü Azərbaycan çempionluğu - kubok stadiona gətirildi. Kubok Başqanımız tərəfindən Ağdam rayon İH-başçısına təqdim edildi.
Ardınca tədbirdə bəddi hissə başladı. Rayonun incəsənət xadimləri stadionlara toplaşanlara zəngin musiqi irsimizdən həzz dəqiqələri bəxş etdilər.
Ən sonda isə süfrə arxasında toplaşan tədbir iştirakçıları bu maraqlı günü başa çatdırdılar.