`Qarabağ` Ağdama yollandı
`Qarabağ` Ağdama yollandı
`Qarabağ`ımız artıq Ağdama yola düşüb. Ölkə ərazisində kəskin hava şəraitindən premyerliqanın 18-ci turu təxirə salınsa da, fevralın 9-u müvafiq tur baş tutacaq. Bu məqsədlə komandamız artıq bu məqsədlə bu gün səhər oyunun baş tutacağı Quzanlı qəsəbəsinə yollanıb. Qar səbəbindən stadionların yararsız vəziyyətdə olmasına baxmayaraq çalışmalarını davam etdirən komandamız bu gün axşam oyunun keçiriləcəyi Ağdam Olimpiya kompleksində məşq keçəcək.
Xatırladaq ki, `Karvan`la matc 14:15-də baş tutacaq və AZTV vasitəsiylə canlı olaraq yayımlanacaq.
Nəzərinizə çatdıraq ki, oyunu Rövşən Əhmədov idarə edəcək.
`Qarabağ" - "Karvan`
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Elşən Durmuşov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Asif Namazov
Ağdam rayon Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:15