`Qarabağ` Ağdama yollandı
25 Avq 2011
`Qarabağ` Ağdama yollandı
`Qarabağ`ımız Ağdama yollandı. Şənbə günü Qəbələnin eyniadlı kollektivini qəbul edəcək komandamız səhər 11:00-də Quzanlı qəsəbəsinə yola düşüb.
Yola düşən futbolçular arasında Zaur Həşimov, Vüqar Nadirov, Emin İmaməliyev və Nderim Nedzipi yoxdur. Əvəzində çempionatın startını buraxan Rəşad Sadiqov və Maksim Medvedev komandayla birgə Ağdama yola düşüb.
Komandamız bu axşam Olimpiya kompleksinin stadionunda `Qəbələ`ylə matçöncəsi sonuncu məşqinə çıxacaq.
Xatırladaq ki, `Qarabağ` - `Qəbələ` Avqustun 27-si 17:30-da keçiriləcək. Oyun AzTV ilə canlı olaraq yayımlanacaq.