"QARABAĞ" AĞDAMDA MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞDÜ. (525-Cİ QƏZET, 29- dekabr)

single-news
30 Dek 2004

"QARABAĞ" AĞDAMDA MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞDÜ. (525-Cİ QƏZET, 29- dekabr)



Dekabrın 27-də "Qarabağ" futbol klubunun nümayəndələri Ağdama məcburi köçkünlərlə görüşə yollandı. Komandanın rəhbərliyinin təşəbbüsü sayəsində bir qrup mediya nümayəndəsi də bölgəyə səfər etdi. Ağdamın Üçoğlan kəndindəki stadionunda təşkil olunan tədbirdə məcburi köçkünlərlə yanaşı, Ağdam RİH-nin başçısı Həsən Sarıyev, rayonun GİT idarəsinin müdiri Vasif İsgəndərov və başqaları iştirak edirdilər. Tədbiri V. İsgəndərov açdı. "Qarabağ"ın doğma torpağına gəlişinin sevindirici hal olduğunu deyən V.İsgəndərov komandanın milli çempionatdakı uğurlarını xatırlatdı: " Çox şadıq ki, doğma klubumuz buradadır.Buna görə "Qarabağ"ın vitse- prezidenti Tahir bəyə təşəkkürümüzü bildiririk.Hörmətli Tahir bəy, gördüyünüz yeniyetmə futbolçular ümidlərinizi mütləq doğruldacaq. İnanıram ki, tezliklə onların səsi "Qarabağ"dan da gələcək. Biz doğma klubumuzun çempion olacağına əminik." Sonra klubun vitse- prezidenti Tahir Gözəl Ağdama səfər etdiklərinə görə qürur duyduqlarını bildirdi: " Allaha şükür ki, birinci dövrəni lider kimi başa vurduq. İnşallah, hədəfimiz çempionluqdur.azərbaycanda ən güclü komandalardan birini formalaşdırmışıq. Gələcəkdə "Qarabağ"ı beynəlxalq arenada da məşhurlaşdıracağıq.Yaxın vaxtlarda yeniyetmə futbolçuların səviyyəsini yoxlamaq üçün bura Türkiyədən təcrübəli mütəxəssislər də təşrif buyuracaqlar. Bizi çox isti qarşıladığınız üçün sizə təşəkkürümüzü bildirirəm.Sizlərə bir xoş xəbər də verim ki, uzun müddət "Qarabağ"ın uğurları üçün çalışmış Səttar Əliyev baş məşqçi İqor Ponomaryovun birinçi köməkçisi təyin olunub." Bundan sonra Tahir bəy H. Sarıyevə klubu emblemi olan plakat təqdim etdi. Ardından 18 kənd orta məktəbinə 500 top və bu qədər sayda geyim, həmçinin klubun təqvimləri paylandı.

Paylaş