`Qarabağ` Ağdamda `Neftçi`yə...xal verməyib. Araşdırma
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Qarabağ` Ağdamda `Neftçi`yə...xal verməyib. Araşdırma
Sabah premyerliqanın XIV turunda Azərbaycan derbisi baş tutacaq. Bu günə qədər `Qarabağ`la `Neftçi` tarixlərində 55 oyuna çıxıblar. Ağdamdakı qarşılaşma bütün çempionatların iştirakçısı olan komandalar 44-cü derbisi olacaq. Tərəflərin 6-cı dəfə Ağdamda qarşılşacaqlar. `Qarabağ`ımızın rəsmi saytı hər dəfə derbidən öncə fərqli çalarlı statistikaları diqqətinizə təqdim edir. Bu dəfə daha maraqlı faktları müəyyənləşdirmişik.
Qeyd etdiyimiz kimi, bütün çempionatların iştirakçısı olan komandalar təbii olaraq 1992-ci ildə baş tutan ilk çempionatda qarşılaşıblar. Sentyabrın 26-sında Respublika stadionunda baş tutan , 2000 azarkeşin izlədiyi və Rüstəm Rəhimovun idarə etdiyi qarşılaşmada komandamızdan Zaur Qarayev hesabı açmaqla derbidə ilk qolu vuran futbolçu kimi tarixə düşdü. Ev sahibləri Beydiyevlə hesabı bərabərləşdirərək hərəyə 1 xala razılaşdılar. Oktyabrın 20-sində isə tərəflərin Ağdamda ilk mücadilələrinə çıxdılar. Bu dəfə də Rüstəm Rəhimov fit çaldığı oyunda 1000 tamaşaçı komandamızın əzəli rəqibi üzərindəki ilk qələbəsini gördü. Beydiyev bu dəfə də fərqlənsə də Elşad Əhmədov və Mahir Əliyevin qolları komandamıza qələbə gətirdi.
1993-ildəki II çempionatda tərəflər yarışın formatı ilə əlaqədar üz-üzə gəlmədilər. Əvəzində kubokun 1/4 finalında qarşılaşdılar. 28 Apreldə, Rüstəm Aslanovun idarə etdiyi qarşılaşma bu dəfə də komandamızın 2:1 hesablı qələbəsiylə nəticələndi. 3 ay sonra işğal olunacaq Ağdamdakı qarşılaşmanı 5000 azarkeş izlədi. Komandamızdan Mehman Alışanovla Müşfiq Hüseynov, qonaqlardan isə Samir Ələkbərov fərqləndi.
Qeyd etdiyimiz kimi, bu qarşılaşmadan təxminən 3 ay sonra - iyulun 23-də Ağdamımız ermənilər tərəfindən işğal olundu. Belə də tərəflərin Qarabağımızın füsunkar guşəsində çempionat oyunlarını keçirmək mümkün olmadı. Bir də 16 il sonra Ağdamın müvəqqəti inzibati mərkəzi sayılanQuzanlıda növbəti Azərbaycan derbisi baş tutdu. 2009-cu ilin Oktyabrın 18-də çempionatın təsnifat mərhələsində tərəflər qarşı-qarşıya gəldi. Azad Mütəllimovun idarə etdiyi oyunda cəmi 1 qol oldu. Vaqif Cavadovun 40-cı dəqiqədə vurduğu qol 16 illik dönüşün qələbəylə qeyd olunmasına səbəb oldu.
Rəqiblər Ağdamda həmin çempionatın final mərhələsində də qarşıladılar. 2010-cu ilin Aprelin 10-da Adamiya və Rauf Əliyevin qolları komandamıza 2:0-lıq qələbə qazandırdı.
Və nəhayət ötən mövsüm. 2011-ci ilin Mayın 13-də tərəflər Ağdamda 5-ci dəfə qarşılaşdılar. Elçin Məmmədovun idarə etdiyi oyunda Adamiyanın het-trikiylə gələn 3:0-lıq qələbə `Neftçi`yə tarixinin 2-ci böyük hesablı məğlubiyyətini yaşatdı.
Beləliklə, 19 illik qarşıdurma tarixində tərəflər Ağdamda 5 dəfə qarşılaşıblar. Və bütün 5 qarşılaşmadan komandamız qələbə ilə ayrılıb. Ümumiyyətlə, Quzanlıda `Neftçi`dən qol buraxmadığımızı nəzərə alsaq son 3 qarşılaşmada `ağ-qara`lardan qol buraxmadığımızı görərik. Topların fərqi isə 10-2-dir.
Sabah baş tutacaq qarşılaşmadakı qazanacağımız 6-cı qələbə isə seriyamızın daha da uzanacağı anlamına gəlir.
Qeyd: Araşdırma `Qarabağ` FK mətbuat xidmətinə məxsus olub istifadə zamanı istinad zəruridir.