"QARABAĞ" AĞDAMLA NƏFƏS ALIR....

single-news
23 İyl 2005

"QARABAĞ" AĞDAMLA NƏFƏS ALIR....



23 iyul, 1993 cü il... Məhz bu tarixdə Qarabağın gözü olan Ağdam rayonu erməni işğalçıları tərəfindən zəbt olundu. Artıq 12-ci ildir ki, ağdamlılar Ağdamsız bu qara günü yaşayırlar. Bu gün də ötən illərdə olduğu kimi, Ağdamsız idilər onlar. Bütün vətnsevənlər, Ağdam həsrəti ilə yaşayan Azərbaycan vətəndaşları bir araya gəlmişdilər. "Qarabağ" futbol komandası kimi... ...Bu gün "Qarabağ" FK Ağdam rayonun işğal olunması münasibətilə keçirilən mərasimdə Ağdamlılarla birlikdə idi. Klubun vitse-prezidenti Taher Gözəl, İcraçı direktor Emrah Çelikel və digər klub nümayəndələri Şəhidlər Xiyabanına gəlmişdilər. Ağdamın İcra başçısı Həsən Sarıyev Klub rəhbərliyinə onlarla birgə olduqlarına görə təşəkkür etdi.Mərasim şəhidlərin ruhunun ziyarəti ilə başa çatdı...

Paylaş

// pop up