“Qarabağ” almaniyalı azarkeşlər “qarşısında” məşqə çıxdı (apasport.az)

single-news
13 Avq 2010

“Qarabağ” almaniyalı azarkeşlər “qarşısında” məşqə çıxdı (apasport.az)





Avrokubokların cari mövsümündə uğurları ilə hamımızı sevindirən "Qarabağ" yenidən məşqlərə başlayıb. Apasport.az saytının xəbərinə görə, Avropa Liqasının pley-off mərhələsində Dortmund "Borussiya"sının qonağı olacaq komandamız dünəndən etibarən Respublika stadionunda hazırlıq keçir.

"Qarabağ"ı qarşıda dünyanın ən çılğın azarkeş qruplarından olan "Borussiya" fanatları gözləyir. Başda Berti Foqts olmaqla, hamı 80 minlik stadionu dolduran və oyunboyu bir dəqiqə susmayan alman fantların komandamız üçün ciddi problem yaradacağını deyir. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da bu vəziyyətdən narahatdır və yetirmələrini "Borussiya" fanatlarının psixoloji təzyiqindən qurtarmağın yollarını axtarır. Məşqçi indidən komandanı həmin atmosferə uyğunlaşdırmaq üçün "Borussiya" azarkeşlərinin səsinin yazıldığı kasetin tapılmasını istəmişdi. Qurban bəy komandanı bu səs altında məşq etdirməklə, futbolçuları Almaniyadakı ab-havaya uyğunlaşdırmağa çalışacaq. Artıq Qurbanov planının icarasına başlayıb.

Belə ki, "Qarabağ" azarkeşləri dünən Tofiq Bəhramov adına Respublika stadionunda "Borussiya" azarkeşlərinin hayqırtısı altında məşq edib.

Bu arada "Qarabağ" baxışa əcnəbi futbolçu dəvət edib. Gürcüstandan gələn yeni futbolçu Bekadı. 19 yaşlı legioner haqda qərar yaxın günlərdə veriləcək.

Qeyd edək ki, hazırda "Qarabağ"ın heyətində 3 əcnəbi futbolçu var: Georgi Adamiya (Gürcüstan), Andrey Rubin (Latviya) və Admir Teli (Albaniya).

 

Paylaş

// pop up