“Qarabağ” altı ildən sonra finalda (futbol+, 04.05.2006)

single-news
4 May 2006

“Qarabağ” altı ildən sonra finalda (futbol+, 04.05.2006)



Ölkə kuboku 3 may Yarımfinal, ilk oyun Xəzər-Lənkəran - Karvan 1:0 Yarımfinal, cavab oyunu Qarabağ - Neftçi 1:0 (ilk oyun 0:0) Dünən azarkeşlərin nəzərləri ölkə kubokunun yarımfinal oyunlarına yönəlmişdi. Cavab oyununu bazar günü keçirəcək “Xəzər-Lənkəran” və “Karvan” bir il əvvəl olduğu kimi yenə bu yarışda üz-üzə gəlirdisə, paytaxtda məskunlaşan “Qarabağ” “Neftçi”ni cavab oyununda qəbul edirdi. Maraqlıdı ki, hər iki matçın taleyini yeganə qol həll etdi. Və hər iki matçda sevinən meydan sahibləri oldu ki, bu da qonaqların məğlubiyyətsiz oyunlar seriyasının sonu idi. Maraqlıdı ki, həm “Neftçi”, həm də “Karvan” daxili yarışlarda 19 yenilgisiz matçdan sonra üzüldü. Yevlaxlılar son dəfə oktyabrın 30-da çempionatda “Gəncə”yə, bakılılar isə altı gün sonra kubokda “Gənclərbirliyi”nə təslim olmuşdu. Yenilməzliyi 185 gün sürən “Karvan”da fərqli “Neftçi” “Birlik kuboku”nu da nəzərə alsaq, daha 6 oyun məğlub olmamışdı. Bakılıların səfərdəki yenilməzliyi isə bu gün bir illə ölçüləcəkdi. Maraqlıdı ki, ötən il mayın 4-də də “Neftçi” Suraxanıdan “Qarabağ” önündən aciz dönmüşdü. Dördüncü dəfə “Neftçi”ni mübarizədən kənarlaşdıran ağdamlılar 5-ci dəfə adını finala yazdırmaqla da flaqmana çatdı. Bir həftə əvvəlki qolsuz sülhdən sonrakı qələbə həm də əyalət təmsilçisinin 6 illik fasilədən sonra finalda oynayacağı deməkdi. Böyükağa Ağayevin yetirmələri paytaxt təmsilçilərinin yeni minillikdəki kubok hegemonluğuna da son qoydu. Bu rəqiblə 6 duelin yalnız ikisində sevinən “Neftçi” üçüncü qızıl dublunu gerçəkləşdirə bilmədi. Lənkəranlılar isə qol buraxmır. Söhbət komandanın kubokdakı oyunlarından gedir. Əlbəttə nəticəsi ləğv olunan qarşılaşmanı nəzərə almamaqla bu seriya 7 oyuna çatdı. 12 ildən sonra yenidən finalda oynamağa yaxın olan cənubluların rəqibinin bu mənada ilkə imza atması da çətin məsələdi. Axı Viktor Pasulkolu “Xəzər-Lənkəran” yenilgi nə olduğunu bilmir. Maraqlıdı ki, ötənmövsümkü kubokda hər komanda hər oyuna bir qol vurmuşdu. Onda penaltilər həlledici oldusa, bu dəfə “Karvan” qol vurmağı bacarmadı. Lənkəranlıların 2006-cı ildə bir matça iki qol buraxmasına təsadüf olunmaması, yevlaxlılarınsa son 4 qarşılaşmada bir qol buraxmaq seriyasının da sonuncuların əleyhinə olmasını vurğulayaq

Paylaş