«Qarabağ» «altılıq»dakı oyunları Bakıda keçirə bilər (qol.az)

single-news
1 Fev 2010

«Qarabağ» «altılıq»dakı oyunları Bakıda keçirə bilər (qol.az)



Quzanlı qəsəbə stadionunun or örtüyü pis vəziyyətdə olduğu üçün «Qarabağ» klubu çempionatın növbəti oyunlarını Tofiq İsmayılov adına Suraxanı qəsəbəsi stadionunda keçirə bilər. Bu haqda Qol.Az-a «Qarabağ»ın icraçı direktoru Əmrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, «Qarabağ»ın nümayəndələri Quzanlı stadionunun hazırkı durumu ilə tanış olublar. Meydançanın vəziyyətinin yaxşı olmadığını söyləyən Əmrah Çəlikəl bildirib ki, «Qarabağ» qarşıdakı iki «ev» oyununu - fevralın 7-də «Karvan» və fevralın 16-da «İnter»lə qarşılaşmaları Ağdamda keçirəcək: «Bu iki oyunu Quzanlıda keçirəcəyimiz dəqiqdir. Bundan sonra isə «Qarabağ» Quzanlı stadionunu təmir bağlaya və ev oyunlarını PFL-ə sifariş olunan ikinci meydançamızda - Suraxanı qəsəbə stadionunda keçirə bilər».
Xatırladaq ki, «Qarabağ» çempionatın birinci mərhələsinin yerdə qalan beş oyununun ikisini «ev»də , üçünü isə rəqib meydanında keçirəcək. Artıq «altılıq»da yerini 90 faiz təmin edən «Qarabağ» çox güman ki, həlledici «ev» oyunlarında rəqiblərini məhz Suraxanı qəsəbə stadionunda qəbul edəcək.

Paylaş

// pop up