`Qarabağ` Antalyada ilk məşqinə çıxdı - fotolar
`Qarabağ` Antalyada ilk məşqinə çıxdı - fotolar
“Qarabağ”ımız Antalyada ilk məşqinə çıxdı. Türkiyəyə təlim-məşq toplanışına yollanan komandamız 20 günlük “kamp”ın ilk məşqinə yerli vaxtla 11:00-da çıxdı. Çalışmaya komandamızın düşərgəsinə dünən İstanbuldan qoşulan Admir Teli də qatılmışdı. Komandamızın baş məşqçisi Qurban Qurbanov Türkiyəyə gəlmədiyinə görə komandaya 2-ci məşqçi Elçin Rəhmanov nəzarət edirdi.
Çalışma yüngül qaçışla başladı. Təxminən 10 dəqiqə davam edən çalışma sonra isinmə və fiziki təmrinlərin yerinə yetirilməsiylə davam etdi. İlk çalışmada futbolçulara elə də çox temp “verilmədiyinə” görə hazırlıq təxminən 1 saat davam etdi.
Günün ikinci məşqinin yerli vaxtla 18:00-a təyin olunduğunu qeyd edək.
“Qarabağ”ımızın ilk məşqindən görüntülər FOTOQALEREYA bölümündə...
http://qarabagh.com/1987/?name=photoview&phid=400&lang=1