`Qarabağ` Antalyada ilk məşqinə çıxdı, rəqib `Ska-Energiya` oldu

single-news
1 Mar 2011

`Qarabağ` Antalyada ilk məşqinə çıxdı, rəqib `Ska-Energiya` oldu



 `Qarabağ`ımız artıq Antalyadadı.  Dünən Bakı – İstanbul – Antalya reysiylə hərəkət edən komandamız axşam saat 7 raddələrində qardaş ölkəyə varid olub. Bir qədər dincəldikdən sonra `Qarabağ`ımız Antalyada ilk məşqinə çıxıb. Daha doğrusu, dəniz kənarında bir qədər qaçdıqdan sonra trenajor zalında müəyyən təmrinlər həyata keçirilib.
Bu günə isə komandamızın 2 məşqi nəzərdə tutulub. Səhər məşqi Bakı vaxtıyla 12:30-da başlayacaq. Günün 2-ci çalışması isə 18:30-a nəzərdə tutulub.
Xəbər verdiyimiz kimi `Qarabağ`ımız Antalya təlim-məşq toplanışı zamanı 1 yoxlama oyunu keçirəcək. Martın 6-sinda qarşılaşacağımız rəqibin kimliyi dəqiqləşib. Bazar günü rəqibimiz Rusiya təmsilçisi `Ska-Energiya` olacaq.

Paylaş

// pop up