"Qarabağ" Antalyada ilk yoldaşlıq oyununu keçirib

14 Yan 2022
"Qarabağ" Antalyada ilk yoldaşlıq oyununu keçirib
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" FK ilk yoxlama oyununu keçirib.
Komandamız Rumıniyanın "Qaz Metan" klubu ilə qarşılaşıb. "Gloria Sports Arena"da keçirilən matçda hesab açılmayıb.
Komandamız yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa) və "Batska Topola" (Serbiya) klubları ilə qarşılaşacaq.