`Qarabağ Antalyada IV gün. Test və sevinc. fotolar

single-news
12 Yan 2011

`Qarabağ Antalyada IV gün. Test və sevinc. fotolar



`Qarabağ`ımız Antalyada hazırlıqlarını davam etdirir. Bu gün komandamızın planında olan 2 məşqdən biri artıq arxada qaldı. Günün ilk məşqi ənənəvi olaraq 10:30-da baş tutdu. İlk məşqin planında isə futbolçuların ümumi hazırlığını ölçəcək testin yerinə yetirilməsi vardı.
Buna qədər isə komandamız yüngül qaçış və müəyyən isidici hərkətləri yerinə yetirdilər. Ardınca isə 2 qrupa bölünən futbolçular testi yerinə yetirməyə başladılar. Belə ki, müəyyənləşdirilmiş 200 metrlik məsafədə futbolçular müəyyən edilmiş məsafəyə siqnala qədər çatmalı və tempi davam etdirməli idilər. Eyni zamanda nəbzlərinə də nəzarət edilməsi vacibdi. Bir qrup test yerinə yetirərkən digər qrup futbolçu isə `kvadrat` oynamaqla testə `hazırlaşırdılar`.
Beləliklə, 2 qrupunu götürdükdə hər qrupda ən çox qaçan Samir Abasov və Rəşad Sadiqov oldu. Testin nəticələri haqqında qarşıdakı xəbərlərdə məlumat verəcəyik.
Testdən sonra məşq davam etdi. Bu dəfə futbolçularımız müəyyənləşdirilmiş tempdə daha 15 dəqiqə qaçdılar. Məşq nə qədər ağır olsa da bu futbolçularımıza təsir etmədi. Futbolçularımız məşq bitən kimi fiziki hazırlıq üzrə məşqçimiz Çudomir Çakarovdan `intiqam`larını özünəməxsus çəkildə aldılar. Onlar cəm halında Çakarova hücum edərək onu yerə yıxdılar. Bu hərəkət hər kəsin gülüşünə səbəb oldu. Belə də hər nə qədər ağır olsa da, ilk məşq beləcə nikbin halda başa çatdı.
`Qarabağ`ın Antalyadakı 4-cü günündən fotolar FOTOQALEREYA bölümündə...
http://qarabagh.com/1987/?name=photoview&phid=328&lang=1

Paylaş

// pop up