`Qarabağ` Antalyada IX gün. Tək sürətlə. fotolar

single-news
17 Yan 2011

`Qarabağ` Antalyada IX gün. Tək sürətlə. fotolar



`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışının 9-cu gününə qoydu. Bu gün komandamız günü tək məşqlə keçirdi. Saat 10:30-da baş tutan çalışma 90 dəqiqə davam etdi. İsinmə hərəkətlərinin ardından futbolçular 3 qrupa bölünüb `kvadrat` oynadılar. Sonra isə 2 qrup halında sürət və driblinq üzərində məşq etdilər. Məşqin sonunda isə 2 komandaya bölünən futbolçular 4 qapıya futbol oynadılar. Meydanın yarısında baş tutan oyunda şərti olaraq sarı və göylərə bölünən komandamız təxminən 30 dəqiqə bu çalışma üzərində məşq etdilər. `Göy`lərin 4:2 üstünlüyü ilə bitən mini-matçla günün tək çalışması beləcə başa çatdı.
Qeyd edək ki, bu günki çalışmada xəstəliyi səbəbindən Namiq Yusifov və Zaur Həşimov iştirak etmədilər. Ötən gün zədələnənlərdən Rauf Əliyev məşqdə iştirak etsə də, Maksim Medvedev yürüməklə məşğul oldu. Əfran İsmayılov isə komandayla çalışmalarda iştirak etdi.  
Xatırladaq ki, sabah komandamız yerli vaxtla 12:00-da Qazaxıstanın `Jetisu` klubuyla yoxlama oyunu keçirəcək.

`Qarabağ`ımızın Antalyadakı 9-cü günündən fotolar - FOTOQALEREYA bölümündə...

http://qarabagh.com/1987/?name=photoview&phid=333&lang=1 

 

Paylaş

// pop up