`Qarabağ` Antalyada V gün. Fitnesdə. Fotolar
`Qarabağ` Antalyada V gün. Fitnesdə. Fotolar
`Qarabağ`ımız Antalyada hazırlıqlarını davam etdirir. Gündə iki dəfə olmaqla məşq edən komandada əhval-ruhiyyə yetərincə yüksəkdir. Dünən axşam komandamız günün 2-ci məşqində təxminən 1 saat 45 dəqiqə məşq etdi. Daha çox toplu çalışmalar üzərində məşq edən komandamızın fiziki hazırlığı yerində olması texniki heyətin üzlərini güldürür.
Bu günə də komandamızın 2 məşqi nəzərdə tutulub. Artıq günün ilk məşqi başa tutub. Antalyadakı 5-cü günümüzdə komandamız ilk dəfə trenajor zalında məşq etdi. Ilk öncə açıq havada isinmə hərəkətləri edən komandamız ardınca fitnes salonunda müəyyənləşdirilmiş təmrinləri yerinə yetirməyə başladılar. Təxminən 90 dəqiqə davam edən məşq beləcə başa çatdı.
Komandamızın 2-ci məşqi yerli vaxtla 17:00-da nəzərdə tutulub.
Komandamızın fitnes çalışmasından fotolar FOTOQALEREYA bölümündə...