`Qarabağ` Antalyada VI gün. Sürət və Nedzipi
`Qarabağ` Antalyada VI gün. Sürət və Nedzipi
`Qarabağ`ımız Antalyada hazırlıqlarını tam sürətlə davam etdirir. Antalyada keçirdiyimiz 6-cı günündə `Qarabağ`ımız günün ilk məşqini artıq başa vurdu. Ənənəvi olaraq yerli vaxtla 10:30-da baş tutan səhər məşqi 1 saat 45 dəqiqə davam edib. Səhər çalışması bu dəfə də olduqca intensiv keçib. İsinmə hərəkətlərinin ardından, bir qədər kvadrat oynayan komandamız ardınca günün əsas çalışmasını yerinə yetirib. Belə ki, 2 qrupa bölünmüş futbolçular bütün meydan boyu düzülmüş maneələri dəf edərək sonda qapıya zərbə endirmək üzərində çalışdılar. Eyni hərəkəti qruplar 4 dəfə təkrarladılar. Ardınca 10 dəqiqəlik yüngül qaçışla məşq başa çatdı. Rəşad Kərimovla, ayağında kiçik ağrı hiss edən Əfran İsmayılov qaçmaqla kifayətləniblər.
Bu arada komandamızın düşərgəsinə baxışa yeni futbolçu gəlib. Belçika `Lyers`indən gəlmiş Nderim Nedzipi hücumameyilli yarımmüdafiəçidir. 1984-cü il təvəllüdlü makedoniyalı futbolçu Almaniyada `Volfsburq` və `Herta` Berlin forması geyinib. Nderim hər iki ayağı ilə yaxşı oynamağı bacarır. Onun haqqında yaxın günlərdə qərar veriləcək.
`Qarabağ`ımız məşqindən fotolar