`Qarabağ` Antalyada VIII gün. Fərhad və Rauf suya necə düşdülər? fotolar

single-news
16 Yan 2011

`Qarabağ` Antalyada VIII gün. Fərhad və Rauf suya necə düşdülər? fotolar



`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Toplanışın 8-ci gününə yenidən 2 məşq nəzərdə tutulmuşdu. Artıq ilk məşq keçirilib. Yerli vaxtla 10:30-da komandamız trenajor zalında çalışıb. Öncə açıq havada isinmə hərəkətləri edən futbolçular zalda təxminən 90 dəqiqə çalışıb. Fərqli alətlər üzərində 2 təkrarla çalışan komandamız günün ilk məşqini beləcə başa vurdu.
Hər nə qədər gərgin məşqlər futbolçuları yorsa da, ümumi komanda abu-havası günlərin şən keçməsinə səbəb olur. Fitnessdə ötən çalışma zamanı futbolçular onları gərgin məşqlərlə yoran fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarovu hovuza atmaqla `intiqam`larını almışdılarsa, bu dəfə başqa `qurban`lar peyda oldu. Komandamızın inzibatçısı Elşən Həsənov ilk olaraq Antalyanın sularının `dad`ını hiss etdi. Amma Elşən də sonuncu `qurban` olmadı. Ötən məşqdə Çudonu hovuza atılmasını əngəlləyənlərdən İlqar Qurbanov sulara `qərq` olunmuşdusa, bu dəfə İlqarla yanaşı Çakarovun 2-ci  müdafiəçisindən də `intiqam` alındı. Belə ki, Fərhad Vəliyev keçən dəfə Çudoya xəbərdarlıq etməsinin güdazına getdi. Maraqlıdı ki, Fərhad suya atılarkən əsas təşəbbüskarlardan olan Rauf Əliyev də müvazinətini saxlaya bilməyərək hovuza yıxıldı.
Bugünkü çalışmadan maraqlı anlar FOTOQALEREYA bölümündə... 

http://qarabagh.com/1987/?name=photoview&phid=332&lang=1#

Paylaş

// pop up