`Qarabağ` Antalyada VIII gün. Son durum

single-news
16 Yan 2011

`Qarabağ` Antalyada VIII gün. Son durum



`Qarabağ`ımız Antalyadakı təlim-məşq toplanışında 8-ci günün yaşayır. Bəs görəsən, geridə buraxdığımız 1 həftədə komandamızda durum necədi? Xəbər verdiyimiz kimi, ilk gündən etibarən Rəşad Kərimov komandadan ayrı məşq edir. Yarımmüdafiəçi klubumuzun fizioterapevti Oktay Gürsoyun nəzarətində çalışır. Oktay bəy Rəşad son durumunu belə dəyərləndirdi: `Muğan`la oyun ərəfəsində Rəşadın sol baldır əzələsində 1,5 sm yırtıq əmələ gəlmişdi. Buna görə də Rəşad o vaxtdan komandadan ayrı düşüb. Son 1 həftədə ancaq qamaqla, müəyyən gücləndirici hərəkətlər yerinə yetirməklə məşğul olub. Rəşad 1 həftə sonra komandayla məşqlərə başlayacaq.`
Son məşqdə eyni zamanda Maksim və Rauf da iştirak etməmişdi. Onların barəsində Oktay bəyin dedikləri:` Maksimin sol ayaq əzələsində, Raufun isə qasığında müəyyən problemlər var. Amma hər 2 zədə ciddi deyil. Rauf sabahdan etibarən məşqlərə başlaya bilər. Amma Maksimin bir neçə gün `istirahət`ə  ehtiyacı var.`
Avqustda zədələnərək uzun müddət sıradan çıxan Əfran isə bu təlim-məşq toplanışında komandayla çalışmalar başlamışdı. Amma bəzən Əfranı komandadan ayrı çalışan görürük:`Artıq, Əfranın tam gücüyə məşq etməsi üçün heç bir problem yoxdu.Düzdü, arada məşqçilər heyəti ona güc düşməməsi üçün yükləmədən qaçırlar. Amma artıq Əfran tam hazırdır.`
Son məşqdə eyni zamanda xəstələnən Namiq Yusifov da iştirak etməyib:`Namiqin hazırda 39 dərəcə qızdırması var. Hazırda yataq vəziyyətindədir. Onun tam sağalması üçün 2 günə ehtiyac var.`
Bu arada nəzərinizə çatdıraq ki, Bosniyalı hücumçu Zoran Kokot hazır olmadığı üçün məşqçi heyəti tərəfindən geri göndərilib. Makedoniyalı Nderim Nedzipi isə hələ də düşərgədədir. Məşqçilər heyəti 26 yaşlı futbolçunu haqqında müsbət fikirdədilər.

Paylaş

// pop up