`Qarabağ` Antalyada XII gün.Şəhidləri anımla

single-news
20 Yan 2011

`Qarabağ` Antalyada XII gün.Şəhidləri anımla



`Qarabağ`ımız Antalyada keçirdiyi təlim-məşq toplanışının 12-ci gündədir. Bu günə komandamızın 2 məşqi planlaşdırılmışdır. Artıq ilk məşq baş tutub. Saat 10:15-də səhər məşqi 1 saat 45 dəqiqə davam edib. Məşqdən öncə isə 21 il öncə baş vermiş 20 yanvar hadisəsinin şəhidlərinin anmı baş tutub. Komandamızın baş məşqçisi Qurban Qurbanov bu səbəblə nitq söyləyib. Qurban müəllim baş verən hadisənin təfsilatına toxunaraq 20 yanvar hadisənin mahiyyəti haqqında danışıb. Müstəqilliyimizin əldə edilməsində 1990-cı ildə 20 Yanvarda tökülən insan qanın nə qədər böyük rol oynadığını vurğuladı. Xalqımızın müstəqillik arzusunu qan bahasına belə boğula bilməməsinin xalqımızın böyüklüyü və cəsarətinin örnəyi olduğunu bildirdi. Üzərindən 21 illik zamanın keçməsinə baxmayaraq xalqımızın həmin hadisəni hələ də ehtiramla yad etməsinin tariximizə sahib çıxılmasına və dəyərləri heç vaxt unudulmağını göstərdiyini vurğuladı.

 Adınca günün ilk məşqi baş tutdu. İsinmə hərəkətlərinin ardından öncə uzaqdan zərbələr və asmalar üzərində çalışıldı. Sonra isə futbolçu taktiki çalışma yerinə yetirdilər. 2 ayrı qrupda eyni zamanda müdafiəçilər və hüçumçulara bölünən futbolçular hücum və müdafiə üzərində məşq etdilər. Xətti müdafiə, top saxlanılması, hücum versiyaları üzərindəki çalımanın ardından futbol da oynanıldı. Göylərə və sarılara bölünən futbolçular meydanboyu futbol oynadılar. Belədə günün ilk çalışması başa çatdı.

Xəstə futbolçulardan Namiq Yusifov artıq məşqlərdə iştirak edirsə, Zaur Həşimov bu gün məşqi izlədi. Maksim Medvedev isə ayrılıqda çalışdı. Maksimin ayağında ağrılar qaldığına görə müdafiəçimiz fizioterapevt nəzarətində məşq edir.  

`Qarabağ`ımızın məşqindən fotolar

http://qarabagh.com/1987/?name=photoview&phid=336&lang=1

Paylaş

// pop up