`Qarabağ` Antalyada XIX gün. Tək məşqlə

single-news
27 Yan 2011

`Qarabağ` Antalyada XIX gün. Tək məşqlə



`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışı davam etdirir.  Toplanışın 19-cu günü tək çalışmayla keçdi. Dünən yoxlama oyununa çıxan komandamız bu gün yerli vaxtla 10:30-da məşqə çıxdı. 1 saat 40 dəqiqə davam edən məşq toplu çalışmalar üzərində baş tutdu.

Xəbər verdiyimiz kimi məşq milli komandalara gedən 9 futbolçusuz baş tutdu. Belə də, düşərgədə olan bütün futbolçular məşqdə çıxış etdilər. Zədəli və xəstə futbolçuların olmaması texniki heyəti sevindirir.

Xatırladaq ki, komandamız növbəti yoxlama oyununa Yanvarın 30-da çıxacaq. Komandamız rəqibi Ruminiya təmsilçisi `Qaz Metan Medias` olacaq.

 

Paylaş

// pop up