`Qarabağ` Antalyada XV gün. 2 gün istirahətdə

single-news
23 Yan 2011

`Qarabağ` Antalyada XV gün. 2 gün istirahətdə



`Qarabağ`ımız istirahətdədir. Antalyada təlim-məşq toplanışında olan komandamız qarşıdakı 2 günü istirahətdə keçirəcək. Qardaş ölkədə 28 gün keçirəcək komandamızın planında Yanvarın 23 və 24-ü istirahət üçün nəzərdə tutulub. Belədə futbolçular bu 2 günü sərbəst olacaqlar. Amma bu heç də bütün futbolçulara şamil olunmayıb. Belə ki, zədəsi, eyni zamanda fiziki hazırlıq cəhətdən problemi olan futbolçulara məşq keçiləcək. Aftandil Hacıyev, İlqar Qurbanov, Nderim Nedzipi, Rəşad Kərimov, Əfran İsmayılov, Aslan Kərimova özəl çalışmalar tətbiq ediləcək. Eyni zamanda məskunlaşdığımız oteldə məşq etmək üçün istənilən şərait olduğundan futbolçular imkandan yararlana  biləcəklər.
Yanvarın 25-indən etibarən komandamız yenidən məşqlərə start verəcək.  

 

Paylaş

// pop up