`Qarabağ` Antalyada XVII gün. 2 gün sonra 2 məşqlə
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
25 Yan 2011
`Qarabağ` Antalyada XVII gün. 2 gün sonra 2 məşqlə
`Qarabağ`ımız yenidən məşqlərə başladı. Antalyada təlim-məşq toplanışını davam etdirən komandamız 2 günlük fasilənin ardından yenidən məşqlərə başladı. Cari gündə komandamızın 2 məşqi baş tutdu. İlk olaraq səhər məşqi 10:30-da reallaşdı. İsinmə hərəkətlərinin ardından toplu müəyyən hərəkətlər edən komandamız sonra `kvadrat`a üstünlük verdi. Ardınca müəyyənləşdirilmiş maneələri aşmaqla sürət və dözümlülük üzərində çalışan komandamız məşqin sonunda yenidən qaçışla ilk məşqi bitirdi. Onu da diqqətinizə çatdıraq ki, Antalyada son günlər davam edən yağışla hava şəraiti bu gün də davam etdi. Xüsusilə, ilk məşqimizin sonuna yaxın leysan yetərincə şiddətlənmişdi.
Günün 2-ci çalışması 16:30-da baş tudu. Bu dəfəki məşq daha çox taktiki-texniki hazırlıq üzərində qurulmuşdu. 90 dəqiqə davam edən məşq zamanı futbolçular baş məşqçimiz Qurban Qurbanovun nəzarəti altında fərqli vəziyyətlər üzərində məşq etdilər.
Nəzərinizə çatdıraq ki, bu günkü məşqlərdə bütün futbolçuların iştirakı texniki heyətin üzünü güldürür. Rəşad Kərimovun qatılımıyla artıq bütün futbolçular tam gücüylə çalışmada iştirak etdilər. Yalnız sağ ayağında müəyyən ağrılar olan Maksim Medvedev fərdi olaraq qaçmaqla məşğul oldu.
Xatırladaq ki, sabah komandamız Bakı vaxtıyla 17:00-da Ukrayna superliqa təmsilçisi `İliçivets`lə növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.