`Qarabağ` Antalyada XX gün.2 məşqlə - fotolar

`Qarabağ` Antalyada XX gün.2 məşqlə - fotolar
`Qarabağ` Antalyada keçirdiyi təlim-məşq toplanışının 20-ci gününə qədəm qoydu. Cari günə komandamızın 2 məşqi planlaşdırılıb. Səhər məşqi artıq yerli vaxtla 09:45-də baş tutdu. 22 futbolçunun iştirak etdiyi çalışma 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından 3 qrupa bölünən futbolçular `kvadrat` oynayıblar. Ardınca isə məşqin əsas çalışması baş tutub. 3 hissədən ibarət çalışmanın 1-ci hissəsində maneələri aşaraq qapıçıyla təkbətək çıxaraq zərbələr üzərində çalışıldı. Ardınca eyni hərəkətlər sonda müdafiəçini keçərək qapılara zərbə üzərində `işlənildi`. Sonda isə qapıya zərbələrlə məşq başa çatdı.
Komandamızın 2-ci məşqi 16:15-ə nəzərdə tutulub.
`Qarabağ`ımızın Antalyada keçirdiyi 20-ci gündən fotolar
http://qarabagh.com/1987/?name=photoview&phid=340&lang=1