`Qarabağ` Antalyada XXI gün. Tək məşqlə
29 Yan 2011
`Qarabağ` Antalyada XXI gün. Tək məşqlə
`Qarabağ`ımız Antalyada hazırlıqlarını davam etdirir. Qardaş ölkədə 21 ci gününə qədəm qoyan komandamız günü tək çalışmayla keçirib. Səhər baş tutan məşq 10:30-da başlayıb. 1 saat 40 dəqiqə davam edən məşq qaçış və isinmə hərəkətləriylə başlayıb. Ardınca 3-lü qrup halında `kvadrat` oynayan futbolçular sonra təkrarlarla 3 və 5 metr məsafələrə driblinqlər üzərində çalışıblar.
Sonra taktiki çalışma başlayıb. Xətti müdafiə, dayaq yarımmüdafiəçili sistemdə müdafiə və hücum varinatları üzərində çalışılıb.
Makisimin yüngül qaçışla kifayətləndiyi məşqdə digər bütün futbolçular iştirak etdi. Sabah komandamız `Qaz Metan Medias`la qarşılaşacaq.