`Qarabağ` Antalyada XXIII gün. Tək məşqlə

single-news
31 Yan 2011

`Qarabağ` Antalyada XXIII gün. Tək məşqlə



`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Hazırlığının 22-ci günündə komandamız bir məşqlə kifayətləndi. Yerli vaxtla  10:30-da baş tutan çalışma 90 dəqiqə davam etdi.  Dünən `Qaz Metan Medias`la yoxlama oyunu keçirən komandamız bu gün 2 qrup halında məşq etdi. DÜnən oyunda meydanda çox qalan futbolçular topsuz, daha çox bərpaedici hərəkətlər yerinə yetiridilər. Digər qrup isə toplu çalışmalar yerinə yetirdilər.  Balaca yerdə  top alma, pressinq üzərində, sonda isə 2 qapıya sürətli futbol oynadılar.
Ayağında ağrı olan Maksim Medvedev topla yüngül hərəkətlər etməklə yanaşı yüngül qaçışla kifayətləndi.
Komandamızın sabahkı proqramında 2 məşq nəzərdə tutulub.

Paylaş

// pop up