`Qarabağ` Antalyada XXIV gün. Sürətlə davam
1 Fev 2011
`Qarabağ` Antalyada XXIV gün. Sürətlə davam
`Qarabağ`ımız Antalyada hazırlıqlarını davam etdirir. Artıq komandamız qardaş ölkədə keçirdiyi təlim-məşq toplanışının 24-cü gününə qədəm qoyub. Bu gun komandamızın 2 məşqi nəzərdə tutulub. 10:30-da ilk məşq artıq baş tutub. 90 dəqiqə davam edən çalışmada futbolçular kifayət qədər yüklənib.
Beləki qısa müddət ərzind templə qaçan komandamız öncə meydanın müəyyən ərazisində qurulmuş sistemdə fərdi olaraq qızışdırıcı hərəkətlər yerinə yetirdilər. Sonda isə günün əsas çalışması baş tutdu. Meydanın 2 fərqli hissəsində toplaşan futbolçular sürət və driblinq üzərində çalışdılar. Maneələri dəf edərək, yenidən sürətin yığılması və sonda qapıya zərbəylə nəticələnən çalışma 8 təkrarla həyata keçirildi. Və yüngül qaçışla ilk məşq başa çatdı.
Onu da qeyd edək ki, artıq bir neçə gündür U-21-in düşərgəsinə qolan Tural İSgəndərov, Qara Qarayev və Murad Səttarlı komandamızın sıralarına dönüblər. Əsas milliyə gedən futbolçuların da yoxluğunda `Qarabağ`mızın məskunlaşdığı otelin yaxınlarında təlim-məşq toplanışı keçən gənclər millisindən 3 futbolçumuz geriyə qayıdıb. Amma Qara Qarayev xəstəliyi səbəbindən ilk məşqdə iştirak edə bilməyib.
Komandamızın 2-ci məşqi yerli vaxtla 16:30-a nəzərdə tutulub.