`Qarabağ` Antalyada XXV gün. Gülə-gülə
2 Fev 2011
`Qarabağ` Antalyada XXV gün. Gülə-gülə
`Qarabağ`ımız Antalyada hazırlıqlarını davam etdirir. 25 gündür davam edən təlim-məşq toplanışımızda bu gün 2 məşq nəzərdə tutulmuşdu. Ənənəvi olaraq səhər məşqi 10:30-da baş tutdu. İsinmə hərəkətlərinin ardından 3 qrupda` kvadrat `oynayan futbolçular daim dəyişikliklərlə çalışmanı rəngləndirirdilər. Ümumiyyətlə, uzun sürən toplanışa baxmayaraq komandada əhval-ruhiyyə yetərincə yüksəkdir. Bugünkü çalışmada komanda üzvlərinin bir-biriylə deyib gülməsi nəzərdən qaçmadı. `Kvadrat`ın ardından meydanın mərkəzində baş tutan əyləndirici çalışma zamanı futbolçuların əhval-ruhiyyəsi diqqəti cəlb etdi. Sonda isə ilk məşqin sonuncu çalışması baş tutdu. Meydanboyu müdafiə, yarımmüdafiə və hücum bölgəsində yerləşən futbolçuların zonalarla hərəkət üzərində çalışdılar. 12 dəqiqəlik qaçışla məşq başa çatdı.
Onu da bildirək ki, Maksim Medevedev bu gün komandayla tam olaraq məşq etdi. Dünən axşamkı çalışmada ayağında ağrı hiss edən Namiq Yusifov qaçmaqla kifayətləndi. Xəstə olan Qara Qarayev isə məşqə çıxmadı.