"QARABAĞ" ANTALYADAN 8 LEGİONERLƏ DÖNDÜ ( FUTBOL+QOL, 5 FEVRAL, 2005)

single-news
5 Fev 2005

"QARABAĞ" ANTALYADAN 8 LEGİONERLƏ DÖNDÜ ( FUTBOL+QOL, 5 FEVRAL, 2005)



Dövrələrarası fasiləyə qış çempionu kimi yollanan Ağdam "Qarabağ"ı Antalyada təlim-məşq toplanışlarını başa vurub. İkinci dövrə hazırlıqlarını başa vuran elita təmsilçisi bu gün Bakıya gəldi. İqor Ponomaryovun komandası ötən bir ay ərzində 6 yoxlama matçı ilə kifayətləndi. Əyalət təmsilçisi keçirdiyi yoxlama görüşlərinin yalnız birində qalib gəliblər. Ağdamlılar 4 oyunda məğlubiyyətlə üzləşdiyi halda, birindən bərabərliklə ayrılıblar. Baş məşqçi təlim-məşq toplanışı zamanı düşərgəyə cəlb olunan legionerləri də baxışdan keçirməyə vaxt tapıb. Doğrudur, baxışdakı oyunçularının bəzilərinin səviyyəsi Ponomaryovun ürəyincə olmayıb. Ancaq legionerlərin içərisində yoxlama- sınaq matçında yaxşı təsir bağışlayanlar mütəxəssisin etimadını qazanıb. Bunlar- müdafiəçilər Emanuel, Daniel, Frensis (hamısı Komerun), Andrey Kolinenko, Artyom Şubin , (hər üçü Ukrayna), Vladimir Roqonoviç (Serbiya) və yarımmüdafiəçi Denis Sokolovski (Ukrayna). Sözügedən futbolçular futbolçular komandanın tərkibində paytaxta gələrək elita təmsilçisi ilə rəsmi müqavilə bağlayacaqlar.

Paylaş