“Qarabağ” Antalyaya gedir (ÇEMPİON, 12.12.2005)
12 Dek 2005
“Qarabağ” Antalyaya gedir (ÇEMPİON, 12.12.2005)
Birinci dövrənin sonu yaxinlaşdıqca klublar qış fasiləsində hazırlıq planlarını açıqlayırlar. Hazırda ortabablardan olan “Qarabağ” bununla barışmaq niyyətində deyil. Belə ki, dövrlərarası fasilədə dörd legioner oyunçu gətirəcək. Ağdam klubu bunları Xorvatiya, Ukrayna və Braziliyadan gətirməyi planlaşdırır. İlk dövrə başa çatandan sonra oyunçuları istirahətə buraxacaq ağdamlılar dekabrın axırlarında bir yerə yığışacaqlar. Bu zaman bir neçə oyunçu ilə yolları ayırmağı düşünən “Qarabağ” yanvarda Antalyada təlim-məşq toplanışı keçirmək niyyətindədir.