"QARABAĞ" ANTALYAYA YOLLANACAQ
"QARABAĞ" ANTALYAYA YOLLANACAQ
“Qarabağ” hazırlıqlarını davam etdirir. Hər gün saat 11:00-da baş tutan məşqlərdə futbolçular fiziki-taktiki hazırlıqlarını qorumağa çalışır. Legionerlər isə artıq vətənlərinə yola düşüblər. Lakin Qoqa və İrakli Beraya qardaşları ayın 18-ə kimi yəni, komanda qış fasiləsinə yollanana qədər məşqlərdə iştirak edəcəklər.
Bu arada komandanın yeni ildə keçirəcəyi toplantının məkanı bəlli olub. Yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək komandamız ünlü “Santai” otelində qalacaq. Belek ərazisində yerləşən otelə Almaniya, Hollandiya və Rusiyanın məşhur komandalarının da gələcəyi gözlənilir. “Qarabağ”ın adı çəkilən ölkələrin komandaları ilə yoldaşlıq matçları oynayacağı istisna deyil. Təbii ki, yerli klublarla qarşılaşmamız da gündəmdədir. 3 həftəlik hazırlıq planlaşdıran komandamız yanvarın 26-da Bakıya dönəcək.