"Qarabağ" - APOEL: Akkreditasiya müddəti və şərtləri

single-news
5 Avq 2019

"Qarabağ" - APOEL: Akkreditasiya müddəti və şərtləri



Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ımızın APOEL-lə (Kipr) ev oyunu və pley-off mərhələsinin (Çempionlar Liqası və ya Avropa Liqası) ev oyunu üçün media mənsublarının akkreditasiya əldə etməsi üçün aşağıda qeyd olunanları yerinə yetirməsi rica olunur.

1. Oyuna akkreditasiyanı sadəcə geridə qalan mövsüm üçün PFL-də (Peşəkar Futbol Liqası) qeydiyyatdan keçmiş media qurumları ala bilərlər.

2. Qeydiyyatdan keçmək üçün avqustun 8-i, saat 18:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsinin surətini və şəxsi fotosunu (həcmi 0.5 MB az olmayan) garabagh.fc@gmail.com adresinə göndərməsi xahiş olunur. Göndərdikləri zaman yazılı mətbuatdısa qarşısına PRESS, fotoqrafdırsa FOTO, TV əməkdaşıdırsa TV yazmağı rica olunur.

3. Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcəkdir. PFL- qeydiyyatı olanlar “PRESS” qeydiyyatı ilə yanaşı “FOTO” akkreditəsi də əldə edə bilərlər. (Eyni proses həyata keçirilməlidir: iş vəsiqəsi və fotosunu göndərmək lazımdır. PFL qeydiyyatı )

4 Hər bir KİV-dən maksimum 2 (1 PRESS (TV) + 1 FOTO (Operator)) nəfər qeydiyyatdan keçə bilər. 

Qeyd edək ki, "Qarabağ" - APOEL (Kipr) matçı avqustun 13-ü, saat 20:30-da start götürəcək. 

Paylaş