"Qarabağ" - APOEL matçının biletləri sabahdan satışda !

16 Okt 2019
"Qarabağ" - APOEL matçının biletləri sabahdan satışda !
“Qarabağ”ımız Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda oktyabrın 24-ü Kiprin APOEL klubunu qəbul edəcək.
Qarşılaşmanın biletləri sabah, saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 AZN-dir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn).