"Qarabağ" - APOEL: Mətbuat konfransları və son məşqlər

single-news
11 Avq 2019

"Qarabağ" - APOEL: Mətbuat konfransları və son məşqlər



Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - APOEL qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Avqustun 12-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçimiz Qurban Qurbanov saat 18:00-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:15-də Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

APOEL-in baş məşqçisi isə saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Kipr təmsilçisinin son məşqi isə saat 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

QEYD: Qeydiyyatdan keçmiş KİV nümayəndələri avqustun 12-si, saat 12:00-dan 19:00-a qədər akkreditasiyalarını Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən əldə edə bilərlər.

QEYD: Klub tərəfindən ayrılmış avtobus sabah saat 17:15-də media mənsublarını Respublika stadionundan "Azərsun Arena"ya, 18:30-də isə "Azərsun Arena"dan geri qaytaracaq.

Paylaş