“Qarabağ” – “Araz-Naxçıvan” oyununun hakimləri müəyyənləşdi
6 Mar 2026
“Qarabağ” – “Araz-Naxçıvan” oyununun hakimləri müəyyənləşdi
Misli Premyer Liqasında III dövrənin ilk təyinatları açıqlanıb. Komandamızın “Araz-Naxçıvan”la oyununun hakimləri də müəyyənləşib.
XXIII turun qarşılaşmasının baş hakimi Rəşad Əhmədov olacaq. Ona Elşad Abdullayev və Kərim Zeynalov kömək edəcəklər.
Kamranbəy Rəhimov dördüncü hakim, Rauf Cabarov VAR, Kamran Bayramov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru İmanxan Sultani, AFFA nümayəndəsi Seymur Səlimli olacaq.
Qeyd edək ki, martın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 19:15-də başlayacaq.
