“Qarabağ” ardıcıl 5-ci qələbəsini qazandı

single-news
6 Okt 2024

“Qarabağ” ardıcıl 5-ci qələbəsini qazandı



“Sumqayıt” - “Qarabağ” - 0:1

Elvin Cəfərquliyev, 74

 

Komandamız növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının IX turu çərçivəsində Mehdi Hüseynzadə adına stadionda “Sumqayıt”ın qonağı olub.

 

Komandamız görüşə aşağıdakı heyətlə çıxıb: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.

 

Oyun qarşılıqlı hücumlarla başlayıb. Birinci hissədə hər iki komanda bir neçə təhlükəli həmlələrlə yadda qalıb. Lakin fərqlənmək mümkün olmayıb.

 

Fasilədən sonra komandamız üstünlüyü ələ keçirib. Ardıcıl hücumlar 74-cü dəqiqədə bəhrəsini verib. Sağ cinahdan uzaq küncə ötürməni Elvin Cəfərquliyev qola çevirib. Bu, qarşılaşmada yeganə qol olub və komandamıza 1:0 hesablı qələbə qazandırıb.

 

Beləliklə, Premyer Liqada ardıcıl 5-ci qalibiyyətini əldə edən komandamız 8 oyunda topladığı 21 xalla liderliyini davam etdirib.

 

Qeyd edək ki, ölkə çempionatında növbəti matçını oktyabrın 18-də keçirəcək “Qarabağ” “Kəpəz”in qonağı olacaq.

Paylaş

// pop up