"Qarabağ" - "Arsenal": Artıq 30 min bilet satılıb
27 Sen 2018
"Qarabağ" - "Arsenal": Artıq 30 min bilet satılıb
UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”ımız oktyabrın 4-ü İngiltərənin “Arsenal” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletlərinin satışı davam edir. Bu günə olan məlumata görə, artıq satılan biletlərin sayı 30 min-i keçib. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.
Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.
Satış məntəqələri:
Qarabağ FK Fan-şop (Park Bulvar)
İticket kassaları
Sumqayıt şəhəri (ASAN Xidmət)
28 Mall
Gənclik Mall
