"Qarabağ" - "Arsenal" matçının biletləri sabahdan etibarən satışda!
19 Sen 2018
"Qarabağ" - "Arsenal" matçının biletləri sabahdan etibarən satışda!
UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”ımız oktyabrın 4-ü İngiltərənin “Arsenal” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri sabahdan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.
Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.
Satış məntəqələri:
Qarabağ FK Fan-şop (Park Bulvar)
İticket kassaları
Sumqayıt şəhəri (ASAN Xidmət)
28 Mall
Gənclik Mall
Qeyd: Stadionun qapıları oyunun başlama saatından 3 saat öncə açılacaq.
