"Qarabağ" - "Arsenal": Mətbuat konfransları və son məşqlər
"Qarabağ" - "Arsenal": Mətbuat konfransları və son məşqlər
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq "Qarabağ" -"Arsenal" (İngiltərə) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.
Baş məşqçimiz Qurban Qurbanov oktyabrın 3-ü Bakı Olimpiya Stadionun mətbuat konfransında saat 14:00-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:30-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Rəqib komandanın baş məşqçisi saat 18:00-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. "Arsenal"ın oyunöncəsi son məşqi isə saat 18:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
QEYD: Klubumuz tərəfindən ayrılmış avtobus media mənsublarını saat 18:45-də Bakı Olimpiya Stadionundan "Azərsun Arena"ya aparacaqdır və komandamızın məşqindən sonra yenidən Bakı Olimpiya Stadionuna qaytaracaqdır.