"QARABAĞ" - "ARSENAL" (UKRAYNA) 1:1

single-news
26 Yan 2005

"QARABAĞ" - "ARSENAL" (UKRAYNA) 1:1



"Qarabağ" Futbol Klubu Antalyada təlim - məşq prosesi çərçivəsində yoldaşlıq oyunlarında öz qüvvəsini sınayır. Əsas oyunçuların milliyə qatılması səbəbindən, əsasən baxışda olan oyunçuları yoxlayan məşqçi İ.Ponomaryov bir neçə təcrübəli futbolçuların da xidmətindən istifadə etdi. Oyun komandamızın hücumları ilə başladı. Oyunun əsas hissəsini hücumda keçirən "Qarabağ" bir neçə qol imkanından istifadə edə bilmədi. Lakin hücumların biri öz bəhrəsini verdi. Hücumların birində Vadim Vasilyev hesabı açmaq üçün növbəti şansını qazandı və bu dəfə bu şansı əldən vermədi. Bundan sonra da bir neçə dəfə real imkandan istifadə edə bilmədik. Növbəti əks hücumların birində isə "Arsenal" müdafiədə yaranmış boşluqdan məharətlə istifadə edib hesabı bərabərləşdirdi. Maraqlı keçən oyun elə bu hesabla da başa çatdı. "Qarabağ" növbəti oyununu yanvarın 28- də keçirməyi planlaşdırır.

Paylaş