"QARABAĞ" "ARSENAL"LA 1:1 OYNADI (ÜÇ NÖQTƏ, 28 YANVAR).

single-news
28 Yan 2005

"QARABAĞ" "ARSENAL"LA 1:1 OYNADI (ÜÇ NÖQTƏ, 28 YANVAR).



Antalyada ikinci dövrə hazırlıqlarını davam etdirən "Qarabağ" hazırlıq görüşlərində də gücünü sınayır. Belə ki, İ.Ponomaryovun yetirmələrinin rəqibi "Arsenal" klubu olub. Amma bu, İngiltərənin deyil, Ukraynanın "Arsenal"ıdır. "Qarabağ"ın üstünlüyü ilə keçən oyunda futbolçularımız bəzi əlverişli şəraitdən istifadə edə bilməyiblər. Amma növbəti dəfə qol vəziyyəti yaradan klub imkanı əldən buraxmayıb. "Qarabağ"ın qoluna Vadim Vasilyev imza atıb. 6 aparıcı oyunçusu yığma komandamızın düşərgəsində olan ağdamlıların müdafiə xətti "Arsenal"ın bərabərlik qoluna mane ola bilməyib və görüş 1:1 hesabı ilə başa çatıb. Komanda növbəti yoxlama oyununu bu gün keçirəcək. Rəqib komandanın adı da elə bu gün məlum olacaq. Ayın 29-da isə "Qarabağ" Rusiyanın "Fakel" klubu ilə üz-üzə gələcək.

Paylaş