"QARABAĞ" "ARSENAL"LA HEÇ- HEÇƏ OYNADI (FUTBOL+, 27 YANVAR).
27 Yan 2005
"QARABAĞ" "ARSENAL"LA HEÇ- HEÇƏ OYNADI (FUTBOL+, 27 YANVAR).
"Qarabağ" dünən Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Ukraynanın elita təmsilçisi "Arsenal"la qüvvəsini sınayan ağdamlılar heç- heçəylə kifayətlənib. Vadim Vasilyev hesabı açsa da, kiyevlılər əks hücumların birində məğlubiyyətdən qaça bilib.Baş məşqçi İqor Ponomaryov növbəti sınaq matçınadək milli komandadakı təmsilçilərinin gəlib çixacağını gözləyir.Ancaq İsmayıl Məmmədovla Vüqar Nadirovun zədəli qayıtması, Aqil Məmmədovun isə hələ Türkiyədə olarkən fiziki durumunda problemlər yaranması İqor Anatolyeviçə əlavə problemlər yarada bilər. Ayın 29-da "Fakel"lə qarşılaşmağı planlaşdıran "Qarabağ"ın bundan bir gün əvvəl adı hələlik dəqiqləşməyən klubla qüvvəsini sınayacağı istisna deyil.Ağdamlıların yanvarın 31-i və fevralın 3-də yoxlama oyunu keçirmək planı da var. Sonuncu rəqibin Belqradın "Radniçki" komandası olacağı dəqiqdi. Hələ də Bakıda olan Ruslan Musayev, Abuzər İbrahimov və Dmitri Tulyantsevin Antalyaya getməyəcəyi dəqiqdi. Onlar vətənə fevralın 5-də dönəcək komandaya qoşulacaq.