`Qarabağ` artıq Ağdamdadır
11 Sen 2009
`Qarabağ` artıq Ağdamdadır
`Qarabağ` artıq Ağdamdadır. Bu gün komandamız axşam saat 17:00-də Ağdama, Quzanlı qəsəbəsinə yetişdi. Komandamız 1 saatdan sonra məşqə çıxdı. Təxminən saat yarım davam edən çalışma yüngül tempdə keçib. Zədəli Rəşad Sadıqov komandaya müəyyən qədər çalışdı. Rauf Əliyevin isə ayağında problem olduğuna görə komandadan ayrı düşüb. Hal-hazırda Ağdamda 22 futbolçumuz var.
Sabah komandamız 1 hazırlıq keçəcək. Və `Standard`la oyuna gözləməyə başlayacaq. Bir daha xatırladaq ki, mac 17:15 - də keçiriləcək və AZTV ilə canlı olaraq yayımlanacaq.
Oyundan sonra komandamız Tovuza yollanacaq.