`Qarabağ` artıq Ağdamdadır

single-news
26 Mar 2010

`Qarabağ` artıq Ağdamdadır



`Qarabağ`ımız premyerliqanın final mərhələsinin 3-cü turunda qarşılaşacağı `İnter` matçı üçün Ağdama yollanıb. Dünən Bakıda baş tutan yeganə çalışmadan sonra paytaxtı tərk edərək Quzanlıya yollanan komandamız günorta saatlarında oyunun keçiriləcəyi Quzanlı Olimpiya Kompleksində sonuncu məşqinə çıxacaq. Komandamızın `Qəbələ` ilə sonuncu oyununda zədə üzündən meydana çaıxa bilməyən  futbolçuları Əfran İsmayılov və Rauf Əliyev də komandamızın sıralarındadır. Baş məşqçimiz Qurban Qurbanov şans verəcəyi təqdirdə hər 2 futbolçu meydana çıxa biləcək.

Nəzərinizə çatdıraq ki, bu turdan etibarən premyerliqanın oyunlarının başlama saatı 15:00-a təyin olunub.

Paylaş

// pop up