`Qarabağ` artıq Antalyadadır
9 Yan 2013
`Qarabağ` artıq Antalyadadır
`Qarabağ` artıq Antalyadadır. 2013-cü ildə ilk dəfə toplaşan `Qarabağ`ımız birbaşa qardaş ölkəyə yollandı. `Qarabağ`ımız bugün 14:30-da Bakı – İstanbul – Antalya reysiylə hərəkət etməliydi. Amma İstanbuldakı hava şəraiti ilə əlaqədar olaraq 1-ci reys 1 saat gecikməylə reallaşdı. İstanbulda isə `Qarabağ`ımızın legionerləri Miro Varvodiç, Ansi Aqolli, Admir Teli, Muarem Muarem komandaya qoşuldular. `Qarabağ`ımız Antalyaya 19:15-də çatdı.1 saat sonra isə `Qarabağ`ımız artıq təlim-məşq toplanışı müddətində qərarlaşacağı `İC Santai` otelinə çatdı.
`Qarabağ`ımız sabah yeni ildə ilk məşqinə çıxacaq. `Qarabağ`ımızın ilk məşqi yerli vaxtla 11-00-da baş tutacaq. Günün ikinci çalışması isə 19:00-da baş tutacaq.
`Qarabağ`ımız sabah yeni ildə ilk məşqinə çıxacaq. `Qarabağ`ımızın ilk məşqi yerli vaxtla 11-00-da baş tutacaq. Günün ikinci çalışması isə 19:00-da baş tutacaq.
