`Qarabağ` artıq Antalyadadır
`Qarabağ` artıq Antalyadadır
`Qarabağ`ımız artıq Antalyadadır. Qış fasiləsindən yararlanmaq üçün qardaş ölkəyə yollanan komandamız 28 günlük təlim-məşq toplanışı keçməyi planlaşdırır. Bu gün komandamız 13:00-dan Bakıdan hərəkət edərək Bakı – İstanbul – Antalya reysiylə Türkiyəyə yollanıb. Yerli vaxtla 8-də məskunlaşacağımız `İC Santai` otelinə çatan `Qarabağ`ımız bu gün istirahət edəcək, sabahdan isə məşqlərə başlayacaq.
Nəzərinizə çatdıraq ki, `Qarabağ`ımızın legionerləri bu gecə komandamızın düşərgəsinə qoşulacaq. Devran Ayhan artıq komandayla birlikdədirsə Admir Teli sabah Antalyada olacaq.
Sabah komandamızın 2 məşqi nəzərdə tutulub. Komandamızın ilk məşqi yerli vaxtla 11:00-da baş tutacaq.
Komandamızın Antalyada keçəcəyi təlim-məşq toplanışını bütün təfsilatıyla saytımızıdan izləməyi unutmayın.