`Qarabağ` artıq Belçikada

single-news
27 İyl 2011

`Qarabağ` artıq Belçikada



`Qarabağ`ımız artıq Belçikadadır. Avroliqanın III təsnifat mərhələsində `Brügge`nin qonağı olacaq komandamız Bakıda səhər məşq etdikdən sonra `Bakı - İstanbul – Brüssel` reysiylə Belçikaya yollanıb. 19 futbolçuyla səfərə yollansaq da qardaşının vəfatıyla əlaqədar olaraq Rəşad Sadiqov İstanbuldan Bakıya dönüb.
`Qarabağ`ımız Brüsselə  yerli vaxtla 21:35-də çatıb. Avtobusla Brüjə yollanan komandamız `NH Brügge` otelində məskunlaşıb. Axşam yeməyindən sonra istirahətə yollanıb.
Sabah komandamız tək məşqlə kifayətlənəcək. 20:30-da `Qarabağ`ımız oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov isə bundan 15 dəqiqə öncə jurnalistlərin suallarını cavablayacaq.

Paylaş

// pop up